2 ildir maaş almayan futbolçular tətilə başladı – Klub rəhbərliyi isə hədələyir

2 ildir maaş almayan futbolçular tətilə başladı – Klub rəhbərliyi isə hədələyir
11:33 5 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

İki il əməkhaqqı almayan futbolçular tətilə başlayıb.

Publika.az xəbər verir ki, hadisə Zimbabvedə baş verib. “Xvanqe” klubunun futbolçularına sonuncu dəfə 2015-ci ildə hərəyə 500 dollar pul ödənilib. Müqaviləyə görə, klubda ən aşağı əməkhaqqının məbləği ildə 3600 dollardır.

Bu il isə rəhbərlik futbolçulara 200 dollar və üstəlik 250 dollar da bonus şəklində ödəyib. Son aylarda futbolçular hər ev oyununa 10, səfər oyununa görə isə 20 dollar mükafat alıb.

Deyilənə görə, “Xvanqe” rəhbərliyi borc məsələsinin ictimaiyyətə sızmaması üçün futbolçuları yaşadıqları kluba məxsus evlərdən çıxarmaqla hədələyib.

Xatırladaq ki, ötən il “Xvanqe” Zimbabve çempionatında 8-ci yeri tutub.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR