Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ölən arvadına yas verən şəxsin onu qətlə yetirdiyi məlum olub

Ölən arvadına yas verən şəxsin onu qətlə yetirdiyi məlum olub

Abşeronda dostunun evində ölən şəxsin qətlə yetirildiyi məlum olub (27 Mart 2017 12:58)
Erməni iş adamları güllələndi - Rusiyada (09 Mart 2017 15:22)
Suya görə qonşusunu öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA (10 Fevral 2017 12:19)

Tarix: 5 Oktyabr 2016 11:42

Salyan rayonunda ölən şəxsin qətlə yetirildiyi məlum olub.

Milli.Az bildirir ki, bu barədə report-a rayon prokurorluğundan məlumat verilib.
Məlumata görə, 1991-ci il təvəllüdlü Gülşən Feyziyeva bir müddət əvvəl dünyasını dəyişib. Həyat yoldaşı 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev hər kəsə arvadının xəstəlikdən öldüyünü deyib. G.Feyziyeva torpağa tapşırılıb, onun yas mərasimi keçirilib, ehsan da verilib.

Lakin Salyan Rayon Prokurorluğunun peşəkar əməkdaşları hadisənin qətl olduğunu müəyyənləşdiriblər.
Məlum olub ki, Məmmədağa Quliyevin qardaşı Zaur Quliyev G.Feyziyevanı 1994-cü il təvəllüdlü Nurlan Xankişiyev adlı şəxslə birlikdə görüb. Bu zaman Z.Quliyev N.Xankişiyevi bıçaqlayıb.
Bundan sonra o, Bakıda işləyən qardaşı Məmmədağa Quliyevə zəng vuraraq xəyanət əhvalatını danışıb. Məsələdən xəbər tutan M.Quliyev Salyana qayıdaraq arvadı ilə mübahisə edib və onu balışla boğub. Hər kəsə isə "arvadım xəstəlikdən ölüb" deyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Milli.Az


Teqlər:  Ölən arvadına yas verən şəxsin onu qətlə yetirdiyi məlum olub



RƏYLƏR


Top xəbərlər