Leroy Corcun "Qarabağ"a qayıtmamağının səbəbi müəyyənləşdi

Leroy Corcun "Qarabağ"a qayıtmamağının səbəbi müəyyənləşdi
11:47 5 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

"Göztəpə"nin futbolçusu Leroy Corcun sabiq klubu "Qarabağ"a dönməməsinin səbəbi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ötən ilin yayında Ağdam klubu ilə vidalaşaraq "Göztəpə"yə keçən hollandiyalı yarımmüdafiəçinin Türkiyədə işləri qaydasında getmir. Hətta cari mövsümün əvvəlində klubunda heyətdən kənarlaşdırılan Leroyu "Qarabağ" geri qaytarmağa çalışmışdı. Lakin keçid son anda baş tutmamışdı.
 
Qonşu ölkə mətbuatı bunun səbəbini 29 yaşlı oyunçunun "Göztəpə" ilə bağladığı müqavilədə görüb. Belə ki, türklərlə uzunmüddətli və yüksək ödənişli müqavilə imzalayan Leroya "Qarabağ" orada qazandığından az maaş təklif edib. Futbolçu da yenə pulu üstün tutaraq, komandasında qalmağı qərara alıb. Yay fasiləsində transferə çıxarılan Surinam əsilli orta sahə oyunçusu məşqlərdəki əzmkarlığı sayəsində yenidən "Göztəpə"nin əsas komandasına qaytarılıb. Baş məşqçi Okan Buruk onu növbəti matçlarda əsas heyətdə meydana buraxmağı planlaşdırır.
 
Qeyd edək ki, 2013-2015-ci illər aralığında "Qarabağ"ın formasını geyinmiş Leroy Corc bu komandanın heyətində 85 oyun keçirib, 23 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR