Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Macarıstan "erməni soyqırımı"nı tanımadı

Macarıstan "erməni soyqırımı"nı tanımadı

Date: 5 October 2016 12:05

Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" ilə bağlı layihəni rədd edib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, parlamentin Xarici əlaqələr komitəsində hakimiyyətdə olan "Fidesz" Partiyası və ölkənin ikinci böyük partiyası olan "Jobbik"in deputatları parlamentdə 5 deputatla təmsil olunan Macar Yaşıllar Partiyası tərəfindən təqdim edilən layihənin əleyhinə səs veriblər.

"Jobbik" Partiyasının nümayəndəsi Marton Gyöngyösinin sözlərinə görə, bu məsələ tarixçilər tərəfindən araşdırılmalıdır: "Bu məsələ tarixçilər və hüquqşünasların öhdəsinə buraxılmalıdır. Roma Papası Fransiskin, siyasətçilər və başqa parlamentlərin nə söyləməsinin Macarıstan parlamentinə aidiyyəti yoxdur. Səs qazanmaq üçün belə addımlar atılmamalıdır".

Milli.Az


Tags:  Macarıstan erməni soyqırımını tanımadı

RƏYLƏR


Top news