Aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb

Aprel döyüşlərinin iştirakçılarından bir qrupu ehtiyata buraxılıb
12:07 5 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüş - FOTO (18 Aprel 2017 19:37)
Bir qrup yüksək rütbəli hərbi qulluqçu ehtiyata və istefaya buraxılıb (28 Mart 2017 14:14)

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" 9 sentyabr 2016-cı il tarixli sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Tərtər şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında "Vətənə nümunəvi xidmətə görə sağ ol!" devizi altında keçirilən tədbirdə yüzlərlə rayon sakini, veteran, ictimaiyyət nümayəndələri və məktəblilər cəbhə bölgəsində əsgəri borcunu şərəflə yerinə yetirərək ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından bir qrupunu təntənə ilə yola salıblar.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani tədbir iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdıraraq Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki uğurlarından, aprel döyüşlərindəki qələbəsindən, ordu ilə xalqın daha sıx birliyinin yaranmasından danışıb.
Qeyd olunub ki, mütəşəkkil ordunun yaranması əgər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdırsa, bu ordunun nəinki Cənubi Qafqazda, eləcə də dünyanın güclü orduları sırasında yer alması Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.
Son illərdə Azərbaycan ordusunun maddi-texniki bazası daha da təkmilləşdirilib, yeni silahlar, döyüş texnikaları, zenit-raket kompleksləri, artilleriya qurğuları, təyyarə və helikopterlər alınıb və düşməni susdurmaq üçün həm silah-texnika, həm də şəxsi heyət sarıdan kifayət qədər qüvvə vardır. Hər şeydən öncə şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissinin yüksək olması və hamının bir amal uğrunda, bir bayraq altında birləşməsidir.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu gün yola salınan əsgər və çavuşların hamısı aprel döyüşlərinin iştirakçılarıdırlar və onlar doğmalarının yanına qalib kimi qayıdırlar.
Ehtiyata buraxılan hər bir əsgər haqqında məlumat verilib, döyüşlərdə göstərdikləri rəşadətlərindən söhbət açılıb. Sonra döyüş növbəsinin, qəhrəmanlıq estafetinin rəmzi təhvili mərasimi başlanıb.
Ehtiyata buraxılan əsgər Altay Vəliyev "Bu gün mən və mənimlə bir vaxtda müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər həyatımızın ən xoşbəxt günlərini yaşayırıq. Biz artıq Vətən və xalq qarşısında müqəddəs əsgəri borcumuzu şərəf və vicdanla yerinə yetirərək doğmalarımızın yanına alnıaçıq və üzüağ dönürük. Ancaq Vətən çağırarsa biz silaha sarılaraq yoluna-izinə yaxşı bələd olduğumuz, şəhidlərimizin qanı çilənmiş səngərlərimizə yenidən qayıdacaq və yenə də Vətənin sadiq əsgəri kimi xidmətimizi davam etdirəcəyik", - deyərək silahını, dəmir dəbilqəsini və zirehli gödəkçəsini onu əvəz edəcək gənc əsgərə təqdim edib.
Gənc əsgər Elmir Məmmədov isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin qəhrəmanlıq ənənələrini davam etdirəcəklərinə, Ali Baş Komandanın rəhbərliyi altında tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlardan Azərbaycan xalqına qələbə müjdəsi gətirəcəklərinə and içib.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ehtiyata buraxılan əsgərlərə tərtərlilərin minnətdarlığını çatdırıb, onlara xatirə hədiyyələri təqdim edib və ordudan mülki həyata həm fiziki, həm də mənəvi cəhətdən mükəmməl, hazırlıqlı gənc kimi dönən igid oğullara uğurlar arzulayıb.
Tərtər məktəbliləri öz bağçalarında becərdikləri gül-çiçəklərdən dəstə tutaraq Vətən oğullarına yaxşı yol diləyiblər.
General-mayor Hikmət Həsənov bu gün yola salınan igidlərlə fəxr etdiyini, onlarla bütün xalqımızın fəxr etdiyini bildirib. Belə vətənpərvər, qorxmaz, cəsarətli oğullar ordumuza bəxş etdikləri üçün onların valideynlərinə təşəkkür edib.
Ordu ilə xalqın birliyindən danışan general H.Həsənov diqqətə çatdırıb ki, tərtərlilər həmişə olduğu kimi aprel döyüşlərində də Azərbaycan əsgərinə arxa-dayaq olmuş və qələbənin qazanılmasında səylərini əsirgəməmişlər. Yaşayış məntəqələri düşmən atəşlərinə məruz qalanda, mərmilər dolu kimi yağanda heç bir tərtərli od-ocağını tərk etməyib. Bu, əsil qəhrəmanlıqdır.
Daha sonra general şəhidlərin hörmət və ehtiramla ünvanlarına yola salınmasında göstərdiyi diqqətə görə şəxsən rayonun icra başçısına və bütün tərtərlilərə minnətdarlıq edib.
Ehtiyata buraxılan əsgərlərə hərbi biletlər, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə isə təşəkkür məktubları təqdim edən birlik komadiri onları bir-bir bağrına basıb, yaxşı yol arzulayıb. Əmin olduğunu bildirib ki, bu gün ehtiyata buraxılan gənclər əsgərlikdə olduqları kimi arxa cəbhədə, ictimai həyatda da ümidləri doğruldacaq xalqımıza, dövlətimizə layiqli övladlar olacaqlar.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon filialının sədri Suliddin Yusifov, Azərbaycan Bayrağı ordenli veteran döyüşçü Nizami Heydərov da Vətən qarşısında əsgəri borclarını yerinə yetirən oğullarla fəxr etdiklərini deyərək onlara uğurlar arzulayıblar.
Aprel döyüşlərinin iştirakçılarından olan gizir Raqif Qayıbov və müddətdən artır həqiqi hərbi xidmət hərbi qulluqçusu Niyazi İsgəndərov da ehtiyata buraxılan gənclərlə bir yerdə erməni işğalçılarına divan tutduqlarını, strateji yüksəklikləri azad etdiklərini, erməni əsgərlərinin silah-sursatlarını ataraq necə qaçdıqlarını xatırlayıb və bu gün ehtiyata buraxılan döyüşçüləri əvəz edəcək əsgərlərə bu barədə daha geniş söhbət açaçaqlarını, onları nümunə göstərəcəklərini deyiblər.
Tədbirə toplaşanlar milli musiqinin sədaları altında əsgərlərlə bir yerdə rəqs edib, onları böyük qələbəliklə doğma el-obalarına yola salıblar.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"ABŞ misli görünməmiş hücuma hazırlaşır" - Rusiya

27 İyun 2017 18:32

Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib

27 İyun 2017 18:32

72 yaşlı silikonlu Ajda Pekkan səhnədə - FOTO

27 İyun 2017 18:27

General: "2-3 günə İkinci Qarabağ savaşının başlaması gözlənilməz deyil" - VİDEO - FOTOLAR

27 İyun 2017 18:23

Rusiyada insan həyatına 1,2 mln. dollar qiymət qoyuldu

27 İyun 2017 18:22

Köçkün ailələrinə yeni mənzillər verilib

27 İyun 2017 18:19

Kıvanç və Tuba əslində bu seriala çəkilməli idilər

27 İyun 2017 18:12

TAP-ın rəhbərliyi yenidən formalaşdırılıb

27 İyun 2017 18:12

Əlcəzair millisinin üzvü "Differdanj"da

27 İyun 2017 18:12

"Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır"

27 İyun 2017 18:12

Mehriban Əliyeva: “Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib”

27 İyun 2017 18:07

Qəndab Quliyevanın xəstəxanadan son FOTOLARI yayıldı

27 İyun 2017 18:05

Vettel və Hamiltonun mübahisəli qəzası - Onlar üçün ilk deyildi - VİDEO

27 İyun 2017 18:03

Mərdəkanda Ramazan bayramına həsr olunmuş konsert - FOTO

27 İyun 2017 17:57

Azarkeşlər İtaliyanın köklü klubunu satdırır - NECƏ?

27 İyun 2017 17:57

Birinci vitse-prezident məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib

27 İyun 2017 17:57

Dənizdə batan şəxslər xilas edildi

27 İyun 2017 17:56

TAP-ın rəhbəri dəyişdi

27 İyun 2017 17:54

10 min il əvvələ aid mağarada yaşayan insanlar - İRANIN QƏRİBƏ KƏNDİ - FOTOLAR

27 İyun 2017 17:53

“Oyuq” teatr-studiyası beynəlxalq festivalda təmsil olunacaq

27 İyun 2017 17:52

Prezident Andjey Duda: Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

27 İyun 2017 17:50

Avropada yeni terror hədələri

27 İyun 2017 17:47

Keçmiş ərindən Tubaya ZƏRBƏ

27 İyun 2017 17:42

Tanınmış müğənni ayını övladlığa götürdü

27 İyun 2017 17:40

Canlı əfsanəyə Yaponiyadan təklif gəldi - GEDİR?

27 İyun 2017 17:37

Saatlı və Kürdəmir rayonlarında yanğın

27 İyun 2017 17:35

Gürcüstan prezidenti Poroşenkodan Saakaşvilinin geri qaytarılmasını istəməyəcək

27 İyun 2017 17:32

Millimizin hücumçusu debütantla anlaşdı

27 İyun 2017 17:32

Merkel homoseksualları sevindirdi

27 İyun 2017 17:28

Metroya girən heyvan sərnişinləri qorxutdu - VİDEO - FOTO

27 İyun 2017 17:27

"Bu, çox ciddi siyasi sənəddir"

27 İyun 2017 17:25

Salvador Dalinin məzarı açılacaq - DNT ÜÇÜN

27 İyun 2017 17:18

"Qarabağ"ın oyun saatı açıqlandı

27 İyun 2017 17:17

Polşa Prezidenti: “Ümidvaram ki, Azərbaycanla energetika sahəsində çox sıx əməkdaşlıq quracağıq”

27 İyun 2017 17:17

"Ölkəmizdə artıq bütün müasir infrastruktur yaradılıb"

27 İyun 2017 17:16

Azərbaycan Prezidenti: Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır

27 İyun 2017 17:15

Hacıqabulda ağır qəza: 2 ölü

27 İyun 2017 17:14

"Gecə 3-də Acuna mesaj yazdım ki, doğuram" - FOTO

27 İyun 2017 17:12

Azərbaycan Prezidenti Qarabağla bağlı ədalətli mövqeyinə görə Polşa Prezidentinə təşəkkür edib

27 İyun 2017 17:12

Sabiq "Liverpul"lu xizək yarışlarında qüvvəsini sınayacaq

27 İyun 2017 17:12

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır

27 İyun 2017 17:08

Monqollar prezident seçə bilmirlər: ÖLKƏ TARİXİNDƏ İLK

27 İyun 2017 17:08

Hacıqabulda çətənə yetişdirən şəxs saxlanıldı

27 İyun 2017 17:05

Böyük Britaniya kraliçasının illik gəliri 100 mln. dolları keçəcək

27 İyun 2017 17:02

Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib

27 İyun 2017 17:02

Prezident İlham Əliyev: Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə öz dəyərli töhfəsini verəcək

27 İyun 2017 17:01

Aspirinin saçlara inanılmaz faydası

27 İyun 2017 16:59

Tarixin yarımçıq qalan portretləri: İndi ayaqları da var - FOTOLAR

27 İyun 2017 16:58

Həkim: "Səhər tezdən dəniz kənarında olmaq insan orqanizmi üçün çox xeyirlidir"

27 İyun 2017 16:57

Goranboyda 27 yaşlı oğlanı ilan sancıb

27 İyun 2017 16:52