Dollar iki aylıq maksimu qoruyur

Dollar iki aylıq maksimu qoruyur
12:09 5 Oktyabr 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

Dolların əsas valyutalar səbətinə nisbətən məzənnəsi 2 aylıq maksimumu qorumaqdadır.

 

"APA-Economics" xəbər verir ki, buna Federal Ehtiyatlar Sisteminin (FED) rəsmi şəxslərinin bəyanatları və xəzinədarlıq istiqrazlarının gəlirliliyinin artması səbəb olub.

 

Dollarla yanaşı, avro da möhkəmlənməkdədir. Buna isə Avropa Mərkəzi Bankının kəmiyyət yumşaldılması (QE) proqramı çərçivəsində alınan aktivlərin həcminin azaldılacağı ilə bağlı yayılan xəbərlər səbəb olub.

 

Funt sterlinq isə 30 illik minimum səviyyədə ticarət olunmaqdadır. İnvestorlar "Brexit"in Böyük Britaniyanın iqtisadiyyatına daha ciddi zərbə vurmasından narahatdır.

 

Qeyd edək ki, dolların indeksi 0,12% enərək 96,057 səviyyəsində qərarlaşıb. Bu isə avqustun 9-dan etibarən qeydə alınan maksimuma, yəni 96,442-yə olduqca yaxındır.

 

Dollara daha çox dəstək verən Riçmond ştatının Federal Ehtiyat Bankının prezidenti Ceffri Lekrin çıxışı olub. Onun sözlərinə görə, FED tədricən faiz dərəcəsini artırmalıdır: "Lakin bu prosesi sürətləndirmək olmaz. İndiki faiz dərəcələri inflyasiyanın səviyyəsini 2%-dən yuxarı qaldıra bilər".

 

Bununla yanaşı, ABŞ-ın xəzinədarlıq istiqrazlarının gəlirliliyi 2 həftəlik maksimum səviyyədədir.

 

O ki qaldı avroya, Avrozonanın vahid valyutası dollara nisbətən 0,1% bahalaşaraq 1,1214 dollar səviyyəsində qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR