8 ildir ki, atasının zəncirdə saxladığı qız Bakıya gətirilir - VİDEO

8 ildir ki, atasının zəncirdə saxladığı qız Bakıya gətirilir - VİDEO
12:23 5 Oktyabr 2016
284 Digər
Ölkə mətbuatı
A- A+

8 ildir atası tərəfindən əqli qüsurlu olduğuna görə, İmişli rayonunda daxmada zəncirlənərək saxlanılan Pərvanə paytaxta gətirilir.

Bu barədə Publika.az-a İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə kоmissiyanın məsul katibi Rüfət Muradov məlumat verib.

O bildirib ki, əvvəlcə yerli icra nümayəndələri və icra hakimiyyəti əməkdaşları tərəfindən ata ilə danışıqlar aparılıb. Lakin o qızının hər hansı xəstəxanaya yerləşdirilməsinə razı olmayıb: “Aparılan danışıqlardan sonra qızın paytaxtda xəstəxanalardan birinə yerləşdirilməsinə razılıq verilib. Qeyd edək ki, həmin qızın 28 yaşı var”.

Qeyd edək ki, bu fakt Xəzər televiziyasında yayımlanan ''Bizə danış'' proqramının əməkdaşları tərəfindən aşkar edib.

Azərbaycanda atası tərəfindən 8 il zəncirdə saxlanılan qızın başına gələnlər - (YENİLƏNİB) VİDEO

Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR