Əzələlərini "şişirdən" adam: "Daha böyük olmaq istəyirəm" - FOTO

Əzələlərini "şişirdən" adam: "Daha böyük olmaq istəyirəm" - FOTO
12:27 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Daha da böyümək, qüdrətli və güclü olmaq istəyirəm. Dayanan, duran deyiləm".

Braziliyanın San-Paulu şəhərində yaşayan 48 yaşlı Valdir Seqatonu "He Man" və "Hulk" adlandırırlar. İnşaatda fəhlə işləyən Seqato bodibildinqlə məşğul olur. Daha doğrusu, o, vücudunu anormal şəkildə "şişirtmək", "böyütmək"lə məşğuldur.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, son beş ildə vçücuduna sürəkli olana "sintol" inyeksiyası vuran Seqatonun bisepslərinin diametri 0,5 metrə çatıb.

Seqato bisepsləri ilə yanaı, sinəsinə, qollarına və çiyinlərinə də "sintol" vurur.

Valdir Seqatonun dostu Fernandu Karvalyu da Silvanın dediyinə görə, "sintol" inyeksiyaları orqanizm üçün həddən artıq təhlükəlidir: "Valdirə deyirəm, qulaq asmır. Dostumdur, nə edim?!"

Seqato isə vücudunu daha da "şişirtmək istəyir.

"Cavan olanda həddən artıq arıqdım və məni "Sısqa it" çağırırdılar. Narkotik maddələr də qəbul etdiyimdən çox arıqlamışdım. Sonra narkotik maddələri qəbul etməyi tərgidim. 55 kq çəkim vardı, oldum 80 kq".

Seqato hər gün vücuduna "sintol" inyeksiyası vurur. Bu inyeksiyanın 85 faizi triqliserid (küncüt və ya kokos yağı), 7,5 faizi lidokain, 7,5 faizi benzil spirtidir.

Əzələlərin anormal inkişafını, böyüməsini "təmin" edən sintol sinir-əsəb sistemində fəsadlar, infeksion xəstəliklər, mədə və bağırsaq yaraları, vaskulitlər, əzələlərin sklerotik lipoqranulematozu kimi ağır xəstəliklərə səbəb olur.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR