Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda məscidə namaz qılmağa gələn şəxsin cibindən 3 500 manat oğurlanıb

Azərbaycanda məscidə namaz qılmağa gələn şəxsin cibindən 3 500 manat oğurlanıb

Date: 5 October 2016 12:32

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində yerləşən Cümə məscidində qeydə alınıb.
Həmin məsciddə ibadət edən Məmmədov İlham Cəmil oğlunun üzərindəki gödəkçənin cibindən 3 500 manat pul oğurlanıb.
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən 1955-ci il təvəllüdlü Ağdam rayon sakini Kərimov Yaşar Ərşad oğlu saxlanılıb. O, əməlini etiraf edib. Məlum olub ki, Y.Kərimov namaz qılmaq üçün məscidə gəlib. O, bu əməli borcu olduğu üçün törətdiyini deyib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Tags:  Azərbaycanda məscidə namaz qılmağa gələn şəxsin cibindən 500 manat oğurlanıb

RƏYLƏR


Top news