Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ümumdünya Kosmos Həftəsi başlayıb

Ümumdünya Kosmos Həftəsi başlayıb

Tarix: 5 Oktyabr 2016 12:35

Hər il oktyabrın 4-dən 10-dək Ümumdünya Kosmos Həftəsi keçirilir. Bu il həftəlik distansiyalı zondlaşdırmaya və Yerin kosmosdan müşahidəsinə diqqəti cəlb etməyə həsr edilib.  

“ICTnews” Elektron Xəbər Xidməti BMT saytına istinadən yazır ki, 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin (“Sputnik-1”) orbitə çıxarılması, eləcə də dövlətlərin kosmik fəzanın, o cümlədən Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixli müqavilənin qüvvəyə minməsi ilə əlaqədar, BMT Baş Məclisi 1999-cu il dekabrın 6-da Ümumdünya Kosmos Həftəsinin təsis olunması barədə qərar qəbul edib.

Ümumdünya Kosmos Həftəsi bütün planetdə qeyd ediləcək. Dünyanın 73 ölkəsində kosmik məkanın kəşfinə həsr edilən mindən çox tədbirin keçirilməsi planlaşdırılır.

Nizam Nuriyev 



Teqlər:  Ümumdünya Kosmos Həftəsi başlayıb



RƏYLƏR


Top xəbərlər