Vəli Qasımov rəhbərliyini hədəfə aldı, "Zirə"yə söz atdı

Vəli Qasımov rəhbərliyini hədəfə aldı, "Zirə"yə söz atdı
12:37 5 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"dən ayrıldıqdan sonra istirahətə çəkilən Vəli Qasımov səssizliyini pozub. Fanat.Az xəbər verir ki, azerisport.az saytına danışan mütəxəssis istədiyi transferlərin baş tutmamasına görə rəhbərliyi günahlandırıb:


"Düzdü, "Neftçi"də çatışmazlıqlar var. Amma istədiyin futbolçuları komandaya gətirə bilmirsənsə, nə etmək olar? Mənə onların baha olduğunu dedilər. Maliyyə imkanlarımıza uyğun alınan futbolçular da pis deyildilər. Sadəcə, hətta ən yaxşı futbolçular üçün də uyğunlaşma asan başa gəlmir, bunun üçün vaxt tələb olunur".


Qasımov maaşların vaxtında verilməməsinin uğursuzluğun səbəblərindən biri oldubunu bildirib: "Maaşların gec ödənməsi əsas səbəblərdən biri idi. İstənilən işdə belədi. Məsələn, sizi götürək. Maaşınızı vaxtında almasaz, çətin ki, işinizə həvəslə yanaşasız, yüz faiz can qoyasız. Futbolçuların da hər birinin ailəsi var. Mənim dövrümdə ciddi maliyyə problemləri var idi".


O, gətirdikləri legionerlərin zəif olmadığını bildirərək "Zirə"yə söz atıb: "Legionerlər pis deyildilər. Məsələn, "Zirə"nin legionerlərindən pis deyillər. Sadəcə, "Neftçi" üzdə olan komandadı. Heç kim "Zirə"ni "Neftçi" qədər tənqid etməz".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vli-qasmov-rhbrliyini-hdf-ald-quotzirquoty-soz-atd-t53097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR