Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur xanım aparıcını fotoları ilə şantaj etdilər - FOTO

Məşhur xanım aparıcını fotoları ilə şantaj etdilər - FOTO

Date: 5 October 2016 12:37

Bir zamanların əfsanəvi basketbolçusu olan Erman Kunterin qızı Roksan Kunterin başına iş gəlib.

Milli.Az milliyet-ə istinadən bildirir ki, cazibədar aparıcının şəxsi fotolarını ələ keçirərək sosial şəbəkədə yayma şantajıyla 5 milyon dollar pul istəyən 5 nəfərlik cinayətkar dəstə saxlanılıb.

Qruplaşmanın əvvəllər məşhur aktyor İsmayıl Ege Şaşmaz ilə köhnə sevgilisi Eda Topçuoğlundan şantaj yoluyla 25 min lirə pul aldıqları məlum olub. Şübhəlilər Osman G.-nin "reket jurnalistlik holdinqi", ortağı Merve N.-in ədəbiyyat fakültəsi tələbəsi olduğu, digər təqsirkarların isə qohum olduğu müəyyən edilib.

Həbs olunan şantajçıların hər birinin "şəxsi həyatı ifşa etmək", "şantaj", "böhtan", hüquqa zidd olaraq şəxsi məlumatları ələ keçirmək və dərc etmək" maddələri ilə 9 il həbs cəzasına məhkum ediləcəkləri gözlənilir.

Təhməz Təkin

Milli.Az






Tags:  Məşhur xanım aparıcını fotoları şantaj etdilər FOTO

RƏYLƏR


Top news