Ermənistanın keçmiş müdafiə naziri müxalifətə keçir

Ermənistanın keçmiş müdafiə naziri müxalifətə keçir
12:47 5 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ermənistanın istefaya göndərilən müdafiə naziri Seyran Ohanyan hazırkı prezident Serj Sarqsyan hakimiyyətinə qarşı müxalifətə keçir. 
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hazırda müxalifət keçmiş nazirlə danışıqlar aparır.
İnfromasiyaya görə, onun "Şrcadardz" (Dönüş) adlı partiyaya başçılıq edəcəyi gözlənilir. Xəbərə əsasən, adı çəkilən siyasi təşkilat Ermənistan Prezidenti Aparatı rəhbərinin müavini Viktor Dallakyan tərəfindən yaradılır.
Məlumata görə ki, keçmiş müdafiə nazirinin hakim Ermənistan Respublikaçılıar Partiyasına keçməsi az ehtimal edilir. Hakim partiyadan bildiriblər ki, Ohanyan ölkə prezidenti Serj Sarqsyandan inciyib. 
"Dallakya Prezident Aparatına yeni rəhbərin təqdim edilməsi toplantısında iştirak edib. Bununla belə Ohanyan razılıq verərsə, o zaman Aparat rəhbərinin müavini hakim Respublikaçılar Partiyasına qarşı çıxa bilər", - deyə Dallakyanın tərəfdarları bildirib.
İnformasiyaya əsasən, "Şrcadardz" Partiyasını Rusiyadakı mənbələr maliyyələşdirəcək: "Bu yaxınlarda "politinfo.am" saytının açılması bu ideyanın ilk qaranquşu sayıla bilər".
Qeyd edək ki, Ermənistanın sentyabrda istefaya göndərilən baş naziri Ovik Abramyana Respublikaçılar Partiyasının qərargahında otaq ayrılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistanin-kecmis-mudafie-naziri-muxalifete-kecir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR