Aktyorun 70 illiyi qeyd edildi

Aktyorun 70 illiyi qeyd edildi
12:51 5 Oktyabr 2016
46 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Sabir Sultanovun bu il 70 yaşı tamam olub.

Qurumun mətbuat katibi Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, teatrda Sabir Sultanovun xatirəsi anılıb. “Qızıl toy” (Ramiz Heydər, Oqtay Kazimi) tamaşasının növbəti nümayişi mərhum aktyorun 70 illiyinə həsr olunub.

Tamaşanın nümayişindən öncə Musiqili Teatrın əməkdaşı Vəfa Mühacirova S.Sultanovun həyat və yaradıcılığı haqqında çıxış edib.

Qeyd edək ki, Sultanov Sabir Kərim oğlu 1946-cı ildə anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun “Musiqili Komediya aktyoru” fakültəsini bitirib, 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul edilib. Sabir Sultanov 2010-cu il 13 yanvar tarixində Bakı şəhərində vəfat edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR