Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda gəlirlərini könüllü bəyan edən vergi ödəyicilərinə sanksiya tətbiq olunmayacaq

Azərbaycanda gəlirlərini könüllü bəyan edən vergi ödəyicilərinə sanksiya tətbiq olunmayacaq

Date: 5 October 2016 12:52

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanda könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək. “Report” xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, bütün bunlar vergi ödəyicilərinin vergi risklərinin minimuma endirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və könüllü vergi ödənişlərinin artırılması məqsədi daşıyır.
“Dövlət başçısının sərəncamına əsasən, elektron qaimə-faktura sisteminin tətbiqi ilə əlaqədar aidiyyəti qurumlarla razılaşdırılmaqla bir sıra qanunvericilik aktlarına dəyişiklik nəzərdə tutulur. Elektron qaimə-faktura sisteminin tətbiqi vergi sistemində elektronlaşmanın tərkib hissəsi olacaq. Bu, vergi ödəyiciləri tərəfindən qaimə-fakturanın təqdim edilməsinin sadələşdirilməsinə və elektron formada aparılmasına imkan yaradacaq. Başqa sözlə, malların yüklənməsi və göndərilməsi artıq elektron sistemdə əksini tapacaq. İndiyədək vergi orqanları daxil olan pul vəsaitlərini banklar vasitəsilə izləyə bilirdisə, bundan sonra malın hərəkətinə də nəzarət etmək imkanlarına sahib olacaq”, - deyə İdarə rəisi əlavə edib.

Tags:  Azərbaycanda gəlirlərini könüllü bəyan edən vergi ödəyicilərinə sanksiya tətbiq olunmayacaq

RƏYLƏR


Top news