Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mətanət xanım deyir ki, sübutu varsa, göstərsin"

"Mətanət xanım deyir ki, sübutu varsa, göstərsin"

Date: 5 October 2016 13:11

"Bunlar köhnə ittihamlardır. Elşad Abdullayev deyir ki, sübutum var. Mətanət xanım da deyir ki, əgər sübutu varsa, göstərsin, mən də danışım".

Axşam.az bildirir ki, bu fikirləri ölkə.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərlinin mətbuat katibi Zəminə Rüstəmova Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin “Hürriyət” qəzetinə göndərdiyi məktubunda yazılanlara cavab olaraq səsləndirib.

Rüstəmova bildirib ki, İsgəndərlinin adı keçmiş MTN-in həbsdə olan generalı Akif Çovdarovla da hallandırılıb. Amma onların heç bir tanışlığı olmayıb:

"Deyir ki, hər gün efirdəyəm, məclislərdəyəm, sənətimə xidmət edirəm. Bir müddət əvvəl onun adı Akif Çovdarovla da hallandı. O vaxt mən ondan bu haqda soruşanda dedi ki, qızım, Çovdarov kimdir?"

Z.Rüstəmova bildirib ki, vəziyyət belə davam edərsə, əməkdar artist məhkəməyə müraciət edəcək:

"Təbii ki, məsələ şişsə, vəkili hüquqi müdaxilə edəcək və məhkəməyə müraciət olunacaq. Çünki Mətanət xanım sənətiylə məşğuldur və şəxsi həyatından yazmağı qadağan edib".

Xatırladaq ki, Elşad Abdullayev məktubunda bildirmişdi ki, Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini general Hilal Əsədovun agenti olub, onunla iş birliyində olub. Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub.


Tags:  Mətanət xanım deyir sübutu varsa göstərsin

RƏYLƏR


Top news