Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məsciddə namaz qılmağa gəldi, 3500 manat oğurladı

Məsciddə namaz qılmağa gəldi, 3500 manat oğurladı

Date: 5 October 2016 13:17

Azərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində yerləşən Cümə məscidində qeydə alınıb.
Həmin məsciddə ibadət edən Məmmədov İlham Cəmil oğlunun üzərindəki gödəkçənin cibindən 3 500 manat pul oğurlanıb.
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən 1955-ci il təvəllüdlü, Ağdam rayon sakini Kərimov Yaşar Ərşad oğlu saxlanılıb. O, əməlini etiraf edib. Məlum olub ki, Y.Kərimov namaz qılmaq üçün məscidə gəlib. O, bu əməli borcu olduğu üçün törətdiyini deyib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Tags:  Məsciddə namaz qılmağa gəldi 3500 manat oğurladı

RƏYLƏR


Top news