"Real Madrid" İvan Rakitiçi iki dəfə transfer etməyə çalışıb. İspaniyanın məşhur "Mundo Deportivo" nəşri bu barədə yazıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid klubu 2014-cü ildə həmin vaxt "Sevilla"nın şərəfini qoruyan yarımmüdafiəçini istəsə də, Rakitiç "Barselona"nı seçib. "Real" xorvatiyalı havbekə ötən yay yenidən maraq göstərib. Rəsmi təklif edilməsə də, klubun məşhur simalarından biri Rakitiçə zəng vurub. "Barcelona"nın futbolçusu bu təklifi də rədd edib.
Qeyd edək ki, bir müddət əvvəl "Real"ın Messi və Neymarla maraqlandığı barədə xəbərlər də ortaya çıxmışdı.
Milli.Az