BMTİP Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına dair Milli Strategiyanın təsdiqlənməsini alqışlayıb

BMTİP Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına dair Milli Strategiyanın təsdiqlənməsini alqışlayıb
13:22 5 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ BMT İnkişaf Proqramı (BMTİP) Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya"nın təsdiqlənməsini təqdir edib.
BMT-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, BMTİP-in rezident nümayəndəsi Qulam İshaqzai qarşıdakı 5 il ərzində hökumətlə əməkdaşlığın gücləndirilməsində Milli Strategiyanın rolunu qeyd edib.
"Milli strategiya bu sahədə islahatların aparılmasına təkan verməklə yanaşı, bioloji müxtəliflik və ümumiyyətlə, ətraf mühitin mühafizəsi üzrə proqram fəaliyyətlərində BMTİP və hökumət arasında əməkdaşlığın artırılmasına müsbət təsir göstərəcək. BMTİP bioloji müxtəliflik və eko-sistemin idarə edilməsində Qlobal Ekologiya Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək", - deyə rezident nümayəndə bildirib.
Q.İshaqzai vurğulayıb ki, "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya" hökumətə ölkədə suda və quruda həyat üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu hədəf ilinədək uğurla həyata keçirməsində dəstək verəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/bmti-p-azerbaycanda-bioloji-muxtelifliyin-qorunmasina-dair-milli-strategiya

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR