Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Yahoo" casusluqda ittiham olunur

"Yahoo" casusluqda ittiham olunur

ABŞ-dan Rusiya kəşfiyyatının 2 məmuruna şok ittiham (18 Mart 2017 08:37)
FTX-nin əməkdaşları 500 milyon hesabı qırıb - İTTİHAM (15 Mart 2017 19:28)
Almaniyada İranın xeyrinə casusluqda şübhəli bilinən pakistanlı mühakimə edilir (09 Mart 2017 15:22)

Tarix: 5 Oktyabr 2016 13:42

ABŞ-ın "Yahoo" şirkəti hüquq-mühafizə orqanlarının lehinə öz istifadəçilərinə qarşı casusluq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, şirkət gizli proqram vasitəsilə istifadəçilərinin yazışmalarına nəzarət edib. "Burada əsas məqsəd Milli Təhlükəsizlik Agentliyini və Federal Tədqiqatlar Bürosunu lazımi informasiya ilə təmin etmək olub", - portal şirkətin sabiq əməkdaşlarına istinadən yazır.
 
Adlarının anonim saxlanılmasını istəyən mütəxəssislər deyirlər ki, şirkət rəsmi Vaşinqtonun sorğuları əsasında milyonlarla akkaunta nəzarət edib.
 
"Şirkətin menecmentində təmsil olunan bir sıra şəxslər bu cür siyasətlə razı deyildilər. Nəticədə onlar yeni iş yeri axtarmağa məcbur oldular", - deyə onlar qeyd edib.
 
Yeri gəlmişkən, qalmaqalı Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı, hazırda Rusiyada mühacirətdə olan Edvard Snouden də şərh edib. O öz "Twitter" hesabı vasitəsilə hər kəsi "Yahoo"dan imtina etməyə çağırıb: "ABŞ qanunlarını kobud şəkildə pozan şirkətin hərəkətləri heç bir çərçivəyə sığmır".
 
"Yahoo" rəhbərliyi isə hər hansı şərh verməyə tələsmir.

Milli.Az


Teqlər:  Yahoo casusluqda ittiham olunur



RƏYLƏR


Top xəbərlər