Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kişi futbolçular qadın komandasında - CƏZA

Kişi futbolçular qadın komandasında -   CƏZA

Date: 5 October 2016 13:47

"Sparta" klubu iki futbolçusuna ilginc cəza verib. Fanat.Az xəbər verir ki, Tomaş Kubek və Lukaş Vaça qadın komandasına göndərilib.


Buna səbəb onların qadın hakimlər bağlı mənfi fikirlər səsləndirməsi olub. Belə ki, Çexiya çempionatının IX turunda "Brno" ilə keçrilən oyunda qadın yan xətt hakimi Lüsi Ratayovanın yalnış ofsayd qərarı verdiyini iddia edən qapıçı Kubek və yarımmüdafiəçi Vaça qadınlar haqqında mənfi fikirlər səsləndirib. 


Kubek "Məncə qadınlar mətbəxdə daha yararlıdı və kişi futbolunda təyinat almamalıdı" deyib. Vaça isə matçdan sonra sosial mediada Lüsi Ratayovanın rəsmini paylaşaraq "aşbaz" yazıb.


Futbolçular sonradan hakimlərdən üzr istəsə də, bu yetərli olmayıb. Rəhbərlik onların qadınlardan ibarət komandada məşq etməsinə qərar verib. 



Fanat.Az


Tags:  Kişi futbolçular qadın komandasında CƏZA

RƏYLƏR


Top news