Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistan Suriyaya təyyarəylə dolu silah göndərdi

Ermənistan Suriyaya təyyarəylə dolu silah göndərdi

Date: 5 October 2016 13:47

Ermənistan hakimiyyətinin Suriya rəhbəri Bəşər Əsədə və bu ölkədəki İran döyüşçülərinə yardım göndərdiyi üzə çıxıb.

Milli.Az avropa.info-ya istinadən bildirir ki, iki gün bundan öncə Ermənistandan göndərilən və içərisində ərzaq və silah olan bir təyyarə Laziqiyyə şəhərinin Basil əl-Əsəd hava limanına enib.

Ermənistandan göndərilən yardım adıçəkilən hava limanında Rusiyaya aid avtomobillərə yüklənib.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin Suriya münaqişəsində Əsəd rejimini müdafiə etməsi heç kəsə gizlin deyil.

Bundan başqa Ermənistan hakimiyyəti Suriyanın Laziqiyyə, Kəsəb və bir çox bölgəsindəki erməniləri işğal altındakı Azərbaycan torpağı olan Dağlıq Qarabağa yerləşdirdiyi faktlarla sübut olunub.

Onu da xatırladaq ki, iki il öncə Əsəd rejiminə silah daşıyan Ermənistanın karqo təyyarəsi Ərzurum hava limanına Türkiyə tərəfindən zorla endirilmişdi.

Milli.Az


Tags:  Ermənistan Suriyaya təyyarəylə dolu silah göndərdi

RƏYLƏR


Top news