Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yazdığı statusa görə həbs cəzası gözləyir - FOTO

Yazdığı statusa görə həbs cəzası gözləyir - FOTO

Date: 5 October 2016 14:05

Türkiyənin tanınmış futbolçusu Deniz Naki həbs oluna bilər.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, onu paylaşdığı fotoya görə 5 illik həbs cəzası gözləyir. 

İddialara görə, futbolçu qucağında iki uşaq olan kişi şəklini paylaşaraq: "Bir ata düşünün, iki övladı da vurulub, amma Cizrədə qadağa var deyə onların cansız bədənlərinə baxır, onları basdıra bilmir", - yazıb.

Məhkəmədə məlum olub ki, foto 2009-cu ilə aiddir və İsrail - Fələstin münaqişəsi zamanı çəkilib.

Futbolçu terror təbliği etməkdə günahlandırılaraq həbs olunması tələb edilir.

Milli.Az







Tags:  Yazdığı statusa həbs cəzası gözləyir FOTO

RƏYLƏR


Top news