Azərbaycanda iqtisadi artım olacaq

Azərbaycanda iqtisadi artım olacaq
14:08 5 Oktyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

2016-2017-ci illərdə Azərbaycanda işsizliyin səviyyəsi 6% olacaq. Bununla bərabər ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 2,4% azalacaq.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) qlobal iqtisadiyyatla bağlı açıqladığı növbəti proqnozda deyilir.

Qeyd edilir ki, 2017-ci ildə Azərbaycanda 1,4%-lik iqtisadi artım olacaq. Bu il ölkədə orta illik inflyasiya 10,2%, gələn il isə 8,5% səviyyəsində təşkil edəcək.

Halbuki, bundan öncə həmin göstəricilər müvafiq olaraq, 12% və 9,5% idi.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR