Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əsgərin həyatını görün nə xilas etdi - FOTO

Əsgərin həyatını görün nə xilas etdi - FOTO

Date: 5 October 2016 14:17

Ötən həftə PKK-lı terrorçuların silahlı hücumu nəticəsində yaralanan və dövlət xəstəxanasında müalicə alan çavuş evə buraxılıb. Çavuşun komandiri ona baş çəkib.

Milli.Az "gazetevatan"a istinadla bildirir ki, məlum olub ki, qolundan güllə yarası alan Tanju Kuşdemir bəxti gətirdiyi üçün ölümdən xilas olub. Belə ki, güllələrdən biri onun döş cibindəki "powerbank"a (enerji yığmaq üçün cihaz) tuş gəlib. Cihaz yararsız hala düşsə də, oğlan ürəyindən yaralanmayıb.

Əsgər başına gələnləri jurnalistlərə danışıb:

"Əraziyə patrula çıxmışdıq. Axşam vaxtı terrorçuların hücumu oldu. Belimdən və qolumdan yaralandım. Döş cibimə qoyduğum "powerbank" parçalandı, güclü ağrı hiss etdim. Bu gün sağamsa, yaşayıramsa, bu alətə görədir. Atışma təxminən yarım saat davam etdi. Helikopterlə məni xəstəxanaya apardılar. 3 saat əməliyyyat olundum. Hazırda yaxşıyam. Şükürlər olsun"

Bəxtiyar Umarlı
Milli.Az




Tags:  Əsgərin həyatını görün xilas etdi FOTO

RƏYLƏR


Top news