Bakıda universitet müəllimi tələbələrinin gözü qarşısında öldü - FOTO

Bakıda universitet müəllimi tələbələrinin gözü qarşısında öldü - FOTO
14:17 5 Oktyabr 2016
662 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrindən birində ölüm hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Azərbaycan Universitetində riyaziyyat fənnindən dərs deyən fəlsəfə doktoru, 1963-cü il təvəllüdlü Teymurov Rafiq Ağacan oğlu dərs zamanı qəfil yıxılıb. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, R.Teymurov daha əvvəl bir dəfə infarkt keçiribmiş. Yaxınlarının bildirdiyinə görə, onun səhhətində son günlər ciddi problem olmayıb və oktyabrın 2-də toy məclisində iştirak edib.
 
Vəfat edən müəllim həm də sabiq təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun "Optimal idarəetmə" şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.
 
Allah rəhmət eləsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR