Sevgilisi məşhur aktyorla münasibətlərinin gizlinlərini açdı: "Biz tez-tez..." - FOTOLAR

Sevgilisi məşhur aktyorla münasibətlərinin gizlinlərini açdı: "Biz tez-tez..." - FOTOLAR
14:18 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Almeda Abazi “Kanal D”-nin maraqla izlənən “Rəngli səhifələr” verilişinin qonağı olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amal Abazi verilişdə sevgilisi və məşhur aktyor Tolqahan Sayışman haqqında danışıb. O, aktyora ilk baxışdan vurulmadığını, ona zamanla aşiq olduğunu etiraf edib: “Məhəbbət insana çox yaxşı təsir edən duyğudur. Mənə də çox yaxşı təsir göstərdi. Tolqanı sevirəm. Bizi heç kəs tanış etməyib. Tez-tez eyni məkanlarda olurduq, beləcə özümüz tanış olduq. Türkiyədə heç kimlə münasibət qurmamağının səbəbi heç kimi özünə yaxın hesab etməməyim idi. Ona görə də qəlbimi heç kimə açmırdım. Mən obraza çox əhəmiyyət verirəm. Görən kimi “Axtardığım adam budur” deməsən, sonradan heç vaxt “Budur” deməyəcəksən. İlk baxışdan deyil, amma tanıdıqca Tolqanın düzgün insan olduğunu düşündüm. Tolga yaraşıqlıdır. Təkcə mən yox, hamı elə düşünür. Mən onun obrazını, bir də inanclı olmasını sevdim. Biz küçəyə çıxanda xüsusən xaricdə Tolqaya çox diqqət edirlər. Yaxın Şərqdə də onun pərəstişkarları var. Burada çox narahat etmirlər, amma xaricə gedəndə diqqət cəlb etməmək üçün rahat yerlərə üstünlük veririk”.

Aytən







Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/171040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR