Kredit təşkilatlarından biri də BAĞLANDI

Kredit təşkilatlarından biri də BAĞLANDI
14:37 5 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Naxçıvan Kredit" bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin verilməsi üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edilib.

Milli.Az bildirir kİ, bu barədə Trend-ə Palatadan məlumat verilib.

"Naxçıvan Kredit" BOKT MMC-nin təsisçilərinin ümumi yığıncağı tərəfindən BOKT-nin könüllü ləğv edilməsinə dair qərar qəbul edilib və bununla əlaqədar olaraq Palataya müraciət olunub.

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Naxçıvan Kredit" BOKT MMC-yə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 06 iyul 2006-cı il tarixli 192-QB nömrəli lisenziyasını ləğv edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR