Cahangir Hacıyev və digər 7 nəfərin məhkəməsində təqsirləndirilən şəxslərin bir neçəsi son söz söyləyib

Cahangir Hacıyev və digər 7 nəfərin məhkəməsində təqsirləndirilən şəxslərin bir neçəsi son söz söyləyib
14:42 5 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İ.Hüseynovun vəkil Azər Tağıyev müdafiə çıxışı edib.
O, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların əsassız olduğunu, məhkəmə istintaqı zamanı kobub prosessual pozuntuarla keçirildiyini deyib: "Müdafiə tərəflərinin çoxsaylı müraciətlərinə, vəsatətlərinə baxmayaraq, məhkəmə prosesləri sürətli şəkildə aparılır. Bu da məhkəmə prosesinin qanunsuzluqlara müşahidə olunması deməkdir. Müvəkkilim vəzifəli şəxs olmayıb və onun Beynəlxalq Bankla heç bir bağlılığı olmayıb.
Vəkil ittiham aktında qeyd edilən kreditlərin bir hissəsinin qaytarıldığını və təqsirləndirilən şəxslərin mənimsəmə niyyətlərinin olmadığını bildirib.
A.Tağıyev müvvəkkilinin əvvəllər keçmiş MTN əməkdaşı olduğununa görə, onun azyaşlı övladlarının olmasını, dövlətə xidmətlərinin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev replika hüququndan istifadə edib. O, təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışına münasibət bildirib. Prokuror cinayət işinin materiallarında C.Hacıyevin ailə üzvlərinin xarici ölkələrdə, otellərə, bahalı mağazalara, sağlamlıq mərkəzlərində kartlar vasitəsi ilə ödənişlər etməsi ilə bağlı konkret faktların olduğunu qeyd edib: "Cahngir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva heç bir biznes planı təqdim etmədiyi halda ona külli miqdarda kreditlər ayrılıb. Ancaq başqalarına bu şəkildə kreditlərin ayrılması mümkün deyil".
Vəkil Fəxrəddin Mehdiyev C.Hacıyevin ailə üzvlərinin adına ayrılmış pullar haqda da deyilənlərə cavab verib. O, həmin pulların bankdan ayrılan kreditlər əsasında onlara verilməsini sübut edən heç bir fakt olmadığını vurğulayıb.
Prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış edib. K.Orucov, A.Sultanov, M.Cahangirov, Y.Ələkbərov, İ.Abdullayev çıxışlarında özlərini təqsirli bilmədiklərini, ittihamlarla razı olmadıqlarını deyiblər. Həmin şəxslər kredir komitəsinin qərarlarını və rəhbərliyin göstərişlərini icra etdiklərini bildiriblər və ayrılan kreditlərin hara xərclənməsindən xəbərsiz olduqlarını vurğulayıblar.
Təqsirləndirilən A.Cavadov vəkilinin çıxışını müdafiə etdiyini bildirib. Digər təqsirləndirilən C.Hacıyev və İ.Hüseynov isə son söz üçün məhkəmədən bir həftə vaxt istəyiblər.
Məhkəmənin növbəti prosesi oktyabrın 10-na təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında C.Hacıyevin 17 il, A.Sultanov, İ.Abdullayev, M.Cahangirov, K.Orucovun hər birinin 8 il, İ.Hüseynovla Y.Ələkbərova 11 il və A.Cavadova isə 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, dövlət ittihamçısı təqsirləndirilən şəxslərinin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini tələb edib. Beynəlxalq Bankın nümayəndəsi çıxışında banka dəyən ziyanın tam ödənilməsini istəyib.
Qeyd edək ki, Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Onu da əlavə edək ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ən böyük loğman - ARI

20 Avqust 2017 08:03

Putin Netanyahu ilə görüşəcək

20 Avqust 2017 07:49

Oftalmoloq Aytən Sultanova: Sağlam gözlərdə göz təzyiqinin olması patoloji hal deyil

20 Avqust 2017 07:33

Yəhudilərə İspaniyanı tərk etmək çağırığı

20 Avqust 2017 07:09

Yüksək maaş verilən ölkələr - SİYAHI

20 Avqust 2017 07:03

Xərçəngin ilkin əlamətlərindən əvvəl onu aşkar etməyə imkan verən test hazırlandı

20 Avqust 2017 06:33

ABŞ-da mitinqdə 27 nəfər saxlanıldı

20 Avqust 2017 06:24

Ağdaşda 6 otaqlı ev yandı

20 Avqust 2017 06:09

SOCAR-ın Gürcüstandakı şirkətləri Borjomi Milli Parkında müxtəlif növ ağac əkiblər

20 Avqust 2017 06:03

Yupiterin əvvəllər görünməmiş fotoları nümayiş olundu - FOTOLAR

20 Avqust 2017 05:33

Peterburqda maşın izdihama çırpıldı: ölən və yaralananlar var

20 Avqust 2017 05:04

Pivə haqqında bilmədiyimiz — MARAQLI 5 FAKT

20 Avqust 2017 05:03

Kral 400 terrorçunu əfv etdi

20 Avqust 2017 04:49

“Facebook”da yeni reklam növü tətbiq olunacaq

20 Avqust 2017 04:33

"KamAZ" və ev yandı

20 Avqust 2017 04:19

İnsanları il ərzində ən az işləyən ölkələr - SİYAHI

20 Avqust 2017 04:03

Terrorçular Barselonada kilsəni partlatmaq istəyirmişlər

20 Avqust 2017 03:19

Bakı "İnter"ində futbolçuların maaşları ödənilib

20 Avqust 2017 03:17

Könül Xasıyevaya qarşı dələduzluq

20 Avqust 2017 03:08

Adriana ilə türk sevgilisi bu hala qaldılar - FOTOLAR

20 Avqust 2017 02:58

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

20 Avqust 2017 02:29

Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer

20 Avqust 2017 02:28

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə... - VİDEO

20 Avqust 2017 02:03

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

20 Avqust 2017 01:47

Ərdoğan Almaniya XİN rəhbərinə: "Həddini bil"

20 Avqust 2017 01:24

Azərbaycan neftinin SON QİYMƏTİ

20 Avqust 2017 01:23

Sumqayıt bulvarında qəribə qadağalar

20 Avqust 2017 01:19

"Səni hər gün daha çox sevirəm" - arvadından azərbaycanlı müğənniyə

20 Avqust 2017 01:03

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38

26 yaşlı gənc bıçaqlandı

19 Avqust 2017 23:36

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

19 Avqust 2017 23:32

Sızanaqları yox edən təbii maskalar - Aspirin, gil, darçın...

19 Avqust 2017 23:23

Bal ayına hazırlaşanlar, diqqət!

19 Avqust 2017 23:21

Barselonada müsəlmanlar etiraz etdilər

19 Avqust 2017 23:19

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57