Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib

Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib

Fransada fövqəladə vəziyyət rejimi uzadıldı (17 Mart 2017 08:43)
Bu ölkədə yenidən fövqəladə vəziyyət elan edildi (16 Mart 2017 01:24)
Fövqəladə vəziyyət elan edildi (14 Mart 2017 10:00)

Tarix: 5 Oktyabr 2016 14:57

Bakı. 5 oktyabr. REPORT.AZ/ Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Txin Çjo qərar imzalayıb.
Qeyd edək ki, 1950-ci ildə Britaniyanın müstəmləkəsindən azad olduqdan sonra Myanmada (o vaxtlar Birma adlanırdı) fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin rejimə əsasən, dövlətə xəyanət edənlər edam olunurdu, cəmiyyətin mənəviyyatını pozan yanlış informasiya yayanlar isə uzun müddətə azadlıqdan məhrum edilirdi.
Xatırladaq ki, 2015-ci ildə parlament seçkilərində qalib gəlmiş Demokratiya uğrunda Milli Liqanın nümayəndəsi Txin Çjo 2016-cı il martın 30-dan ölkənin prezidentidir. 

Teqlər:  Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib



RƏYLƏR


Top xəbərlər