Lahıcda qorxunc həşəratlar yayılıb – VİDEO

Lahıcda qorxunc həşəratlar yayılıb – VİDEO
15:03 5 Oktyabr 2016
115 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunun Lahıc qəsəbəsindəi mənşəyi bilinməyən həşəratlar peyda olub.

Bu barədə qəsəbə sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, hazırda bütün qəsəbə və ətraf kəndlər bu vəziyyətdədir:

“Adını da bilmədiyimiz bu həşəratlar axşam 5 radələrində uçuşmağa başlayır, səhərlər isə gözə dəymirlər. Fotolara baxan şəxslər həşaratların çox təhlükəli olduğunu deyir. Bələdiyyəyə müraciət etmişik. Sədr deyir ki, 63 yaşım var, ancaq mən belə bir şey görməmişəm.

Aidiyyəti orqanlar isə “bizlik deyil” deyir. Bizim də əlimizdən bir iş gəlmir, vəziyyət gün keçdicə, daha da qəlizləşir”.

Qəsəbə sakinləri onu da qeyd edib ki, həşəratlara qarşı müxtəlif dərman vasitələrindən istifadə edilsə də, bir nəticəsi olmayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) mətbuat katibi Rövşən Ziya bildirib ki, DFNX Respublika Bitki Mühafizə Mərkəzi artıq bu barədə məlumat əldə edib və hazırda araşdırma aparılır.

Araşdırmaların nəticələri ilə bağlı sabah gün ərzində mətbuata açıqlama veriləcək.(qafqazinfo)



Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/171062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR