Daha bir bankın lisenziyası ləğv olunub

Daha bir bankın lisenziyası ləğv olunub
15:04 5 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin verilməsi üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edilib.

 

Palatadan “APA-Economics”ə verilən məlumata görə, "Naxçıvan Kredit"in təsisçilərinin ümumi yığıncağı tərəfindən BOKT-nin könüllü ləğv edilməsinə dair qərar qəbul edilib və bununla əlaqədar olaraq Palataya müraciət olunub.

 

“Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.1.1-ci maddəsini və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Naxçıvan Kredit”ə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 06 iyul 2006-cı il tarixli 192-QB nömrəli lisenziyasını ləğv edilib.

 

Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsi üçün  icazələrin verilməsinə dair qərar qəbul edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR