Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Daha bir klub Azərbaycan Kuboku uğrunda mübarizə aparmaqdan imtina edib

Daha bir klub Azərbaycan Kuboku uğrunda mübarizə aparmaqdan imtina edib

Marina Nekrasova: "Finalda medallar uğrunda mübarizə aparacağıq" (17 Mart 2017 14:32)
Bu futbolçu Avropa nəhənglərini "zibilə" salıb (21 Fevral 2017 11:57)

Tarix: 5 Oktyabr 2016 15:07

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün "Ağsu" futbol klubu Peşəkar Futbol Liqasına (PFL) məktub ünvanlayıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub 2016/2017-ci illər mövsümündə Azərbaycan Kuboku uğrunda yarışlarda iştirak etməyəcəyini bildirib.
Nəticədə Kubok uğrunda 18 komanda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan kubokunda “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, “Rəvan”, “Qaradağ Lökbatan”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor” və “Səbail” komandaları çıxış edəcək. Kubokun püşkatma mərasimi sabah keçiriləcək. Daha əvvəl "Mil-Muğan", "Göyəzən" və "Energetik" komandaları turnirdə iştirakdan imtina edib. 

Teqlər:  klub Azərbaycan Kuboku uğrunda mübarizə aparmaqdan imtina edib



RƏYLƏR


Top xəbərlər