Skandal açıqlama: “İraqdakı türk əsgəri...”

Skandal açıqlama: “İraqdakı türk əsgəri...”
15:13 5 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

“İraq torpaqlarında olan türk əsgərləri beynəlxalq koalisiya güclərinin tərkibində deyil”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İraqdakı beynəlxalq koalisiya güclərinin sözçüsü Jon Dorrian deyib.

“Türkiyə ordusu İraq torpaqlarına İraq hökumətinin rəsmi icazəsi ilə gəlməyib və qeyri-qanunidir. Bəzi ölkələr İraq hökumətinin rəsmi icasəzi ilə beynəlxalq koalisiya gücündə yer alıb. Bu güclər İŞİD-lə mübarizədə İraq ordusuna havadan və qurudan dəstək verirlər”, - amerikalı rəsmi bildirib.

Xatırladaq ki, dünən İraq parlamenti Türkiyə hərbçilərinin ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib. Qərarda Türkiyə hərbçiləri “işğalçı güclər” adlandırılıb və ölkədən çıxması tələb olunub.

Bu gün səhər saatlarında isə İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl-Ələvi dünən İraq parlamentində qəbul elən qərarla əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında bildirib ki, İraqın bu şəkildə bölündüyü bir vaxtda Türkiyə əsgərlərinin Başikada olmasına qarşı çıxmağa kimsənin haqqı yoxdur.

“Şimali İraq regional kürd rəhbərliyinin Başika məsələsində Türkiyədən yardım istədiyi lap əvvəldən məlumdur. Türkiyə Başikanın müzakirə mövzusu olmasına icazə verməyəcək”, - o, deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR