Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor xərçəngdən möcüzə nəticəsində xilas oldu - FOTOLAR

Məşhur aktyor xərçəngdən möcüzə nəticəsində xilas oldu - FOTOLAR

Date: 5 October 2016 15:18

Ben Stiller xərçəng xəstəliyinə necə qalib gəlməsindən danışıb.

Publika.az xəbər verir ki, iki əvvəl prostat xərçəngi diaqnozu qoyulan aktyor tədbir məqsədi ilə aparılan analizlər sayəsində xilas olub.

"Zoolander və "Çətin ata” filmləri ilə tanınan amerikalı aktyora 2014-ci ilin iyun ayında prostat xərçəngi diaqnozu qoyulduğunu, sentyabrda isə növbəti müayinə zamanı nəticələrin yaxşı çıxdığını deyib: “Xərçəng hüceyrələri azalmışdı. O üç ay sanki sürət qatarında səyahət kimiydi. Nə olduğuna dair heç bir fikrim yox idi, amma araşdırmağa başlayanda bunun dünyanın sonu olmadığını anladım. Xəstəliyimə erkən diaqnoz qoyulduğu üçün qabaqlayıcı tədbirlər sayəsində həyatım xilas oldu. Əgər Amerika Xərçəng Cəmiyyətinin dediyi kimi 50 yaşıma qədər gözləsə idim, bu gün böyüyən və müalicəsi çətin olan şişlə yaşamaq məcburiyyətində qalacaqdım. Ailəmdə xərçəng yoxdur, yüksək risk qrupuna da daxil deyiləm və xəstəliyin hər hansı simptomu ilə də qarşılaşmamışam. Ancaq bundan sonra mütəmadi olaraq müayinə olunacağam”

Stiller ABŞ-da bir il ərzində prostat xərçəngi diaqnozu qoyulan xəstə sayının 180 min olduğunu da deyib.

Aytən



Tags:  Məşhur aktyor xərçəngdən möcüzə nəticəsində xilas oldu FOTOLAR

RƏYLƏR


Top news