Peskov əsəbləşdi: "Gedin, ABŞ-dan soruşun"

Peskov əsəbləşdi: "Gedin, ABŞ-dan soruşun"
15:32 5 Oktyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Kreml Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT Təhlükəsizlik Şurasında yaydığı bəyanatın ABŞ tərəfindən bloklanmasına münasibət bildirib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov bu məsələyə, sadəcə olaraq, "Neqativ yanaşırıq" deməklə kifayətlənib. 

Tərəflər arasında əməkdaşlığın bərpa olunmasının mümkünlüyünə dair suala Peskov "Bunu amerikalı tərəfdaşlarımızdan soruşmaq lazımdır", - deyə cavab verib.

O əlavə edib ki, Moskva Suriya məsələsində Vaşinqtonla əməkdaşlığa açıqdır və Rusiya hesab edir ki, Suriya Ərəb Respublikasında ABŞ-la qarşılıqlı fəaliyyət olmadan terrorçuluqla effektli mübarizə aparmaq, problemləri həll etmək mümkün deyil: "Lakin əsas problem bizim amerikalı tərəfdaşlardadır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR