SOCAR Bolqarıstanın yeraltı qaz anbarlarının genişləndirilməsi üçün təkliflər verməyə hazırlaşır

SOCAR Bolqarıstanın yeraltı qaz anbarlarının genişləndirilməsi üçün təkliflər verməyə hazırlaşır
15:32 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın yeraltı qaz anbarlarının (UGS) genişləndirilməsi layihəsində iştirakda maraqlıdır. “Report” xəbər verir ki, bu barədə Bolqarıstan Energetika Nazirliyindən bildirilib.
“Report”un “Natural Gas Europe” nəşrinə istinadən verdiyi xəbərə görə, ölkənin Çiren (Chiren) ərazisində yerləşən yeraltı qaz anbarının (UGS) həcmi 550 mln. kubmetrdir və bolqar nazir bildirib ki, bu həcm iki dəfəyə qədər artırıla bilər.
“SOCAR Balkan”ın rəhbəri Murad Heydərov da məsələni təsdiqləyib: “Biz bu UGS-nin genişləndirilməsi işində iştirak etməkdə maraqlıyıq və tender elanını gözləyirik”.
Bolqarıstan energetika naziri deyib ki, SOCAR həmçinin IGB (İnterconnectors Greece-Bulgaria - IGB) layihəsində maraqlıdır və şirkət gündəlik 50 mln. kubmetr qazla təmin edə bilər.
Bolqarıstanın energetika nazirinin müavini Zeço Stankov (Zhecho Stankov) isə deyib ki, təmsil etdiyi ölkənin “Şahdəniz 2”dən 1 mlrd. kubmetr qaz almağı planlaşdırır və bununla bağlı danışıqlar gedir:
“Biz bu məsələnin müzakirəsi ilə bağlı razılıq əldə etdik və Bolqarıstan Energetika Nazirliyi ilə SOCAR-ın yaratdığı ortaq neft-qaz işçi qrupu bu məsələnin detallarını müzakirə edəcək”.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-bolqaristanin-yeralti-qaz-anbarlarinin-genislendirilmesi-ucun-teklifler-vermeye-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR