Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ zabiti: "Türkiyə ordusunun İraqda olması qeyri-qanunidir"

ABŞ zabiti: "Türkiyə ordusunun İraqda olması qeyri-qanunidir"

Date: 5 October 2016 15:52

İraq ərazisində olan Türkiyə hərbçiləri İraq hökumətinə İŞİD ilə mübarizədə dəstək verən beynəlxalq koalisiya qüvvələrinə daxil deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İraqdakı beynəlxalq koalisiya qüvvələrinin mətbuat katibi polkovnik Con Dorrian deyib.

O qeyd edib ki, İraq ərazisində olan Türkiyə ordusu rəsmi icazə ilə gəlməyib və qeyri-qanunidir:

"Məlum olduğu kimi, bəzi ölkələr İraq hökumətinin icazəsi ilə beynəlxalq koalisiya qüvvələrinin tərkibində əməliyyat aparırlar. Bu qüvvələr İŞİD ilə mübarizədə İraq ordusuna havadan və qurudan dəstək verirlər".

Milli.Az


Tags:  ABŞ zabiti Türkiyə ordusunun İraqda olması qeyri-qanunidir

RƏYLƏR


Top news