Bakıda İndoneziya Mədəniyyəti günləri keçiriləcək

Bakıda İndoneziya Mədəniyyəti günləri keçiriləcək
15:52 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda İndoneziya Mədəniyyəti günləri keçiriləcək.
İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir noyabrın 19-20-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Tədbirdə bu ölkənin mədəniyyət nümunələri, o cümlədən 15-20 müxtəlif əyalətin musiqi və rəqsləri nümayiş olunacaq.
Eyni zamanda, tədbirə qatılan əyalətlərin iş adamları da Azərbaycana gələcək. Onlar ölkəmizlə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/bakida-i-ndoneziya-medeniyyeti-gunleri-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR