Putin: "Narışkin yaxşı kəşfiyyatçıdır"

Putin: "Narışkin yaxşı kəşfiyyatçıdır"
15:52 5 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada Xarici Kəşfiyyat İdarəsinin mənzil qərargahına gələrək kollektivə qurumun yeni rəhbəri Sergey Narışkini təqdim edib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Siz onun özünü kəşfiyyatda, siyasətdə olduğu vaxt necə yaxşı göstərdiyini bilirsiniz. Bu anlamda Sergey Yevqeneviç öz evinə qayıdır", - deyə Putin vurğulayıb. 

Prezident vurğulayıb ki, Narışkin uzun müddət Rusiya hökumətində işləyib, daha sonra Kreml Administrasiyası və Rusiya Dövlət Dumasına rəhbərlik edib. 

"Xarici Kəşfiyyat İdarəsi bu gün keyfiyyətli və effektiv işləməlidir. Qeyri-standart, şablondan kənar həll yollarından istifadə etmək lazımdır". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR