Ermənilər etiraf etdilər

Ermənilər etiraf etdilər
15:52 5 Oktyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən illə müqayisədə 2016-cı ildə Ermənistan ordusunda qətl və intihar halları 4 dəfə çoxalıb.

Milli.Az bu barədə azvision.az-a istinadən xəbər verir. 

Ermənistan rəsmiləri orduda 2015-ci ildə 3 qətl, 5 intihar hadisəsi qeydə alınmışdısa, bu ilin ilk 9 ayında qətllərin sayı 12-yə, intiharların sayı isə 10-a çatıb. 

Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin məlumatına əsasən, hazırda Ermənistan ordusunda 146 ölüm faktı qeydə alınıb: "Onların 77-si aprelin 1-5-i baş verən döyüşlərdə, 69 fakt isə bədbəxt hadisə, təbii fəlakət, qətl, intihar və atəşkəs rejiminin pozulması nəticəsində həlak olub".

Hesabat dövründə ölüm hallarının 20-si Ermənistan, 126-sı isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR