81 nəfəri aldadan dələduz bankirin atasının növbəti oyunu

81 nəfəri aldadan dələduz bankirin atasının növbəti oyunu
15:53 5 Oktyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

Dələduz bankirin atasının şikayəti rədd edildi - Ali Məhkəmə (15 Fevral 2017 12:13)

Bu gün Ali Məhkəmədə “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfərin milyonlarla manat pulunu mənimsəməsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zal Yusifovun atası Zakir Yusifov kasasiya şikayətini məlum olmayan səbəbdən geri götürüb. Hakim şikayətin geri götürülməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Zal Yusifov 8 il əvvəl - 2008-ci ildə həbs olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atasının Azərbaycan qanunlarına, haqq-ədalətə məhəl qoymaması, müxtəlif dolandırıcı üsullara, fırıldaqlara əl atmasıdır.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.


Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib.

Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub. Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət etməyib. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər.

Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur. Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı rəsmi şəkildə ifşa edilib.

Yalanlarının ifşa edilməsinə baxmayaraq Zakir Yusifov yenə də öz əməllərindən qalmayıb. O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib. Zakir Yusifov şikayətində göstərib ki, guya məhkəmə proseslərindən iştirak etməyib. O, indi də məhkəmə proseslərində iştirak etmədiyi bəhanəsi ilə Ali Məhkəmədə qərarı dəyişdirmək məqsədi güdür. Belə hərəkətləri ilə Zakir Yusifovun bir məqsədi var - məhkəmənin yekun qərarını uzatmaq...

Amma hər kəsə məlumdur ki, Zakir Yusifov və onun hüquqi nümayəndəsi bütün məhkəmə proseslərinə qatılıblar. Onun və nümayəndəsinin iştirakı olmadan bir dəfə də proses keçirilməyib.

Hələ 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən proseslərdən birinə Zakir Yusifov və onun nümayəndəsi gəlməmişdi. Həmin vaxt prosesə sədrlik edən hakim Sahibxan Mirzəyev iclası keçirməmiş və şikayətçi iştirak etmədiyi üçün məhkəmə prosesini təxirə salmışdı.

Zakir Yusifov 2015-ci ildə də eyni oyuna əl atmışdı. O, 2015-ci ilin yay aylarında kasasiya şikayəti vermişdi. Həmin vaxt şikayət hakim Fərhad Kərimovun icraatına təqdim olunmuşdu. Sonradan naməlum səbəblərdən Zakir Yusifov şikayətini geri götürmüş, noyabr ayında isə yenidən tələsik şikayət vermişdi.

Bu il iyunun 8-də də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov kasasiya şikayətini geri götürdüyünü açıqladı. O, bildirdi ki, kasasiya şikayətinə bəzi əlavələr edəcək və bundan sonra yenidən kasasiya şikayəti verəcək.

Nəhayət, bu gün Zakir Yusifov yenidən kasasiya şikayətini geri götürməklə növbəti dəfə vaxt qazanmağa, dəyən ziyanın ödənilməsinə mane olmağa çalışır. Elə buna görə də neçə illərdir məhkəmə prosesi davam edir. Ancaq bu adam anlamır ki, sonsuzadək belə davam edə bilməz. Gec-tez zərərçəkənlərə dəyən ziyan ödənməlidir. Çünki əmlakların Zakir Yusifova deyil, Zal Yusifova məxsus olduğu artıq təsdiqlənib. Zakir Yusifov vaxtı uzatmaqla məsuliyyətdən yayınmağa çalışsa da, bu, baş tutumayacaq. Belə ki, bu gün məhkəmədə zərərçəkmişlər Zakir Yusifovun sözügedən oyunlarına ciddi etiraz ediblər. Onlar dələduz bankirin müxtəlif vasitələrlə məhkəmənin qərarını uzatması, zərərçəkmişlərin hüququnun bərpasına mane olmasından müvafiq qurumlara şikayət edəcəklərini bildiriblər.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dəhşətli qəzada ölən şəxs sabiq AFFA prezidentinin yaxın qohumu imiş - YENİ FAKTLAR

29 İyun 2017 11:29

Rusiya yaxın 10 ildə.. - Məruzə məxfilikdən ÇIXARILDI

29 İyun 2017 11:28

Hadisəni məyus edən ölüm - FOTO

29 İyun 2017 11:27

Məhəbbət Vəliyeva: "Məktəbəhazırlıq qruplarında ərazi prinsipinin tədbiq edilməsi yeni tədris ili üçün mümkün olmayacaq"

29 İyun 2017 11:27

İndoneziya vətəndaşlara xidmət göstərilməsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

29 İyun 2017 11:27

Məşhur aktyor ata oldu - FOTO

29 İyun 2017 11:27

Putin Türkmənistan liderinə orden verdi

29 İyun 2017 11:23

Şəhidin son görüntüləri, son atəşi...

29 İyun 2017 11:23

Nazir: "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılacaq"

29 İyun 2017 11:22

Ronaldu iki uşaq atası olduğunu təsdiqlədi - FOTO

29 İyun 2017 11:22

Məşhur qrupun solisti vəfat etdi - FOTO\VİDEO

29 İyun 2017 11:18

Azərbaycanda bir mənzilin bir neçə nəfərə satılmasına nəzarət gücləndirilir

29 İyun 2017 11:17

Təhsil İdarəsinin müdiri: "Bəzi məktəblərdə vəziyyət gərgindir"

29 İyun 2017 11:17

ABŞ senatorları Kasperski antivirusundan hərbi məqsədlər üçün istifadənin qadağan olunmasını tələb edib

29 İyun 2017 11:17

Aygünün makiyajsız halı - FOTO

29 İyun 2017 11:17

İki il ard-arda eyni bikinini geyinən aktirsa "hədəf" oldu - FOTO

29 İyun 2017 11:12

Vatikanın xəzinadarı uşaqbazlıqda suçlanır - BÖYÜK QALMAQAL - VİDEO - FOTO

29 İyun 2017 11:12

Bəy toy günü gəlin əvəzinə başqasını öpdü - VİDEO

29 İyun 2017 11:12

Bakıda avtosalonların ŞOK fırıldağı

29 İyun 2017 11:12

Ağdaşda ağır qəza: ölən var

29 İyun 2017 11:09

Quru əməliyyatı an məsələsidir - HƏDƏFLƏR MÜƏYYƏN EDİLDİ - VİDEO

29 İyun 2017 11:08

Qatarda bomba həyəcanı

29 İyun 2017 11:06

Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

29 İyun 2017 11:02

"Magistraturaya qəbul olunanların sayı artıb" - Nazir

29 İyun 2017 10:59

Bakıda Musiqi Bayramı keçiriləcək

29 İyun 2017 10:58

"Vücudunuz gəncləri yoldan çıxarır" deyib hovuzdan qovdular - FOTO

29 İyun 2017 10:57

Məşhur aktrisa oğlu yaşında gəncə vurulub - FOTO

29 İyun 2017 10:52

Bakıda “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar başlayıb

29 İyun 2017 10:52

“Qəbələ”nin sabiq baş məşqçisi: “Premyer Liqadakı ulduz futbolçular mərc oyunlarına alüdə olublar”

29 İyun 2017 10:52

Magistraturaya daxil olan oğlanların sayı artıb - SƏBƏBİN nazir açıqladı

29 İyun 2017 10:52

Seksual zorakılıqda ittiham edilən Kardinal: "Səbirsizliklə gözləyirəm"

29 İyun 2017 10:49

Bakıya gələn təyyarədə ERMƏNİ YEMƏKLƏRİ - AZAL-dan REAKSİYA

29 İyun 2017 10:48

"Formula-1" sahibinin qızı boşanır: 6 milyard dollarlıq çəkişmə - FOTO

29 İyun 2017 10:47

Muratla Aslının barışıq yeməyi - FOTO

29 İyun 2017 10:47

Arif Məmmədov və Elnur Nağızadə rəsmi axtarışa verildi - FOTO

29 İyun 2017 10:47

Bu səhəri çox acı xəbərlə açdıq

29 İyun 2017 10:47

Bakıda "Statistika dairəsi"

29 İyun 2017 10:45

Qafiyənin qafiyəsi

29 İyun 2017 10:44

Sabunçuda beşmərtəbəli binada yanğın - 14 nəfər təxliyyə edildi

29 İyun 2017 10:43

ABŞ Dövlət Departamenti: Azərbaycan insan alverinə qarşı mübarizə baxımından ciddi səylər göstərir

29 İyun 2017 10:42

TAP Albaniyada yeni yolun tikintisini başa çatdırıb

29 İyun 2017 10:42

Bakı polisi iki keçmiş dövlət məmurunu axtarışa verdi - FOTOLAR

29 İyun 2017 10:39

İdarənin saytında keçmiş iki məmurun axtarışı barədə məlumat yerləşdirilib

29 İyun 2017 10:38

"Kara Sevda"nın aktrisasından diqqət çəkən FOTO

29 İyun 2017 10:37

“Facebook”un auditoriyası 2 milyardı ötüb

29 İyun 2017 10:35

“iOS 11” sisteminin beta sınaqları başa çatıb

29 İyun 2017 10:35

Azərbaycanda bayram günlərində qorxunc statistika: 14 ölü, 79 yaralı

29 İyun 2017 10:34

Rusiya və Qərb arasında müharibə başlayacaq - MƏRUZƏ

29 İyun 2017 10:33

Gələn ay Riqada Latviya-Azərbaycan biznes forumu keçiriləcək

29 İyun 2017 10:32

Paytaxtın əsas prospektində "Mercedes" və "Hyundai" toqquşdu

29 İyun 2017 10:32