Vahid Əhmədov: "Azad iqtisadi zona Azərbaycana milyardlar gətirə bilər"

Vahid Əhmədov: "Azad iqtisadi zona Azərbaycana milyardlar gətirə bilər"
15:57 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Dəniz Ticarət Limanında azad iqtisadi zonanın yaradılması böyük layihədir və qanuna uyğun qaydada həyata keçirilərsə, 2018-2019-cu illərdə Azərbaycan bunun bəhrəsini görəcək.
"Report" xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov bildirib.
Bakı limanının qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihə olduğunu deyən V.Əhmədov burada nəhəng şirkətlərin iştirak edəcəyini söyləyib.
"Azad iqtisadi zona yaradıldıqdan sonra burada kommunikasiya işləri də həyata keçiriləcək. Daha sonra bu zonaya maraq göstərən əcnəbi şirkətlər sərmayə qoyub layihələr həyata keçirəcək. Hesab edirəm ki, layihədə olduğu kimi işlər həyata keçirilərsə, bu, Azərbaycanın büdcəsinə milyardlarla manat gəlir gətirəcək" - V.Əhmədov bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/vahid-ehmedov-azad-iqtisadi-zona-azerbaycana-milyardlar-getire-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR