23-cü dəfə Amerikanın ən varlı şəxsi oldu

23-cü dəfə Amerikanın ən varlı şəxsi oldu
16:08 5 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

“Microsoft”un yaradıcısı Bill Qeyts 23-cü dəfə Amerikanın 400 ən varlı biznesmeni siyahısına rəhbərlik edib.

Publika.az xəbər verir ki, “Forbes”in hesablamalarına əsasən 60 yaşlı milyarderin 81 milyard dollar vəsaiti var. Siyahının ikincisi “Amazon.com”-un sahibi Cüf Bezoz olub. Onun kapitalı 20 milyard artaraq 67 milyard dollara yüksəlib. Üçüncü sırada “Berkshire Hathaway” şirkətinin 86 yaşlı sahibi Uorren Baffet qərarlaşıb.

“Top beşliy”ə 32 yaşlı Mark Zukerberq (55 milyard dollar), eləcə də “Oracle”nin sahibi Larri Ellison (49.3 milyard dollar) da düşüb.

Onu da qeyd edək ki, hazırda dünyanın ən varlı biznesmeni “Inditex” şirkətinin (Zara, Pull&Bear, Massimo Dutt) sahibi Amansio Orteqadır.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR