Ərdoğanı qoruyan avtomobildəki silahlar belə oğurlandı - VİDEO

Ərdoğanı qoruyan avtomobildəki silahlar belə oğurlandı - VİDEO
16:23 5 Oktyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyya Ərdoğanı qoruyan avtomobilin içərisində olan silahların oğurlanmasının görüntüləri yayılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə təhlükəsizlik kameralarında qeydə alınıb.

Avtomatik və uzun lüləli silahlar hərbi çevriliş cəhdindən 5 gün əvvəl – iyulun 10-da oğurlanıb. Yaradılan xüsusi qrup 3 gündən sonra 5 şübhəlini tutub.

Şübhəlilər silahları boş bir ərazidə basdırdıqlarını etiraf edib. Məlum olub ki, oğurlanan silahlarla 15 iyul gecəsi bir dövlət məmuru və ya siyasətçiyə qarşı sui-qəsd təşkil ediləcəkdi. Daha sonra isə “dövlətin öz silahı ilə vuruldu” deyilərək ölkədə xaosa yol açılacaqdı.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR