Rusiya Dövlət Dumasına yeni sədr seçilib

Rusiya Dövlət Dumasına yeni sədr seçilib
16:27 5 Oktyabr 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Vyaçeslav Voldin Rusiya Dövlət Dumasının yeni sədri seçilib.
"Report" TASS-a istinadən xəbər verir ki, iclasda iştirak edən 449 deputatdan 404-ü onun lehinə səs verib.
Yeni sədr Dövlət Dumasında ilk çıxışında prioritetlərini açıqlayıb.
Onun sözlərinə görə, Dumada qanunlar hazırlanan zaman sosial-iqtisadi məsələlərə üstünlük veriləcək: "Bizim əsas işimiz vətəndaşlarımıza qayğı göstərməkdir".
İclasda Dövlət Duması sədrinin 6 müavini də təqdiqlənib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-dovlet-dumasina-yeni-sedr-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR