Dövlət Dumasının spikeri bəlli oldu

Dövlət Dumasının spikeri bəlli oldu
16:43 5 Oktyabr 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Vyaçeslav Volodin yeddinci çağırış Rusiya Dövlət Dumasının spikeri seçilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, parlamentin aşağı palatasının 450 deputatından 404-ü onun namizədliyini dəstəkləyib.

Dövlət Dumasının yeni tərkibinin ilk iclasında həmçinin Aleksandr Jukov (“Vahid Rusiya”) və İvan Melnikov (Kommunist Partiyası) vitse-spiker vəzifəsinə seçiliblər.

Xatırladaq ki, Vyaçeslav Volodinin Dövlət Dumasının spikeri postuna namizədliyi Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR