Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkdilli diasporlar birləşir? - FOTO

Türkdilli diasporlar birləşir? - FOTO

Date: 5 October 2016 16:52

Bu gün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin (Türk Şurası) Ukraynanın paytaxtı Kiyevdə yerləşən Diaspor Regional Mərkəzində qurumun panel iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, "Türkdilli diasporlar arasında əməkdaşlığın genişləndirilməsində Türk Şurasının rolu" mövzusuna həsr edilən iclas Türk Şurasının Baş katibi Ramil Həsənovun sədrliyi ilə keçib.

İclasda Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev, Türkiyə Cümhuriyyətinin Ukraynadakı səfiri Yönet Can Tezel, Qazaxıstanın Ukraynadakı səfiri Samat Ordabayev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Türk Şurasının Diaspor Təmas qrupunun təmsilçiləri və Ukraynada yaşayan türkdilli diasporların nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Türk Şurasının Baş katibi Ramil Həsənov Şura və onun fəaliyyəti, indiyədək diaspor sahəsində görülən işlər barədə məlumat verib. Dövlət başçılarının hər zaman türk xalqları arasında birliyin möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini qeyd edən R.Həsənov Türk Şurasının Kiyev Regional Diaspor Mərkəzinin təşəbbüsü ilə 2015-ci ildə Kiyevdə Türkiyənin terrora qarşı mübarizəsinə dəstək göstərmək məqsədilə "Terrora yox" yürüşünün təşkil edildiyini xatırladıb. Şuranın Baş katibi, həmçinin 2015-ci ildə ABŞ-da keçirilən türkdilli diasporların təmsilçilərinin toplantısı, Nyu-Yorkda Türk Günü Festivalında Türk Şurası bayrağının ucaldılması, Türk Şurası nəzdində Diaspor İşləri üzrə Təmas qrupunun 2016-ci il mayın 3-də Almatıda baş tutan 3-cü toplantısı və burada qəbul edilən qərarlar, eləcə 2016-2017-ci illər üçün Türk Şurası diasporunun ortaq fəaliyyət planının hazırlanması, yaxın gələcəkdə Almaniya, Fransa, ABŞ-da Regional Diaspor Mərkəzlərinin açılması məsələlərinə toxunub.

R.Həsənov diasporlarımızın türkdilli dövlət və xalqların mədəniyyətinin, dəyərlərinin tanıdılması, müsbət imicinin formalaşdırılması, sosial və siyasi fəallığının artırılması, onların yaşadıqları ölkələrdə maraqlarının qorunması, Türk dünyasının əleyhinə aparılan təbliğat kampaniyalarına qarşı mübarizə, türk xalqlarının qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli addımlar atacağını bildirib.

Toplantıda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Türkiyənin Ukraynadakı böyükelçisi Yönet Can Tezel, Qazaxıstanın Ukraynadakı səfiri Samat Ordabayev və digər diaspor təmsilçiləri çıxış edərək diasporlar arasında koordinasiyanın təmin edilməsinin önəmini vurğulayıblar. Türkdilli diasporların Ukraynada dəyişən şəraitə uyğunlaşmasını təmin etmək və yeni şərtlər çərçivəsində daha təsirli diaspor təşkilatlanmasını yaratmaq məqsədilə ortaq bir seminar keçirilməsi təklif olunub, qısa zaman ərzində bu seminarın təşkil olunması qərara alınıb.

Qeyd edək ki, iclasda 60 nəfərə yaxın nümayəndə iştirak edib.

İlkin İzzət
Milli.Az








Tags:  Türkdilli diasporlar birləşir FOTO

RƏYLƏR


Top news