Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

IMF cari hesab balansının kəsiri proqnozunu profisitə dəyişib

IMF cari hesab balansının kəsiri proqnozunu profisitə dəyişib

Date: 5 October 2016 16:57

Bakı. 5 oktyabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanla bağlı bəzi makroiqtisadi proqnozlarına dəyişikliklər edib. “Report” xəbər verir ki, bu barədə Fondun 2016-cı il üçün hazılrladığı yeni proqnozlarda məlumat verilib.
Yeni, oktyabr icmalına əsasən, Fond bu il üçün Azərbaycanda cari hesab balansının ÜDM-də xüsusi çəkisini mənfi 0,2%-dən 0,7%-ə yüksəldib. Gələn il isə bu göstəricinin 3,1% olacağı gözlənilir. 
Əlavə edək ki, aprel icmalında 2017-ci il üçün cari hesab balansının ÜDM-də xüsusi çəkisinin proqnozu 0,2% göstərilmişdir. 2021-ci il üçün isə bu göstərici əvvəlki proqnozda nəzərdə tutulan 5,9%-dən 11,3%-dək artırılıb.

Tags:  IMF cari hesab balansının kəsiri proqnozunu profisitə dəyişib

RƏYLƏR


Top news