Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gürcüstan prezidenti müxalif deputatdan üzr istədi

Gürcüstan prezidenti müxalif deputatdan üzr istədi

Tarix: 5 Oktyabr 2016 17:05

Gürcüstan prezidenti Georgi Marqvelaşvili müxalif "Vahid milli hərəkat"ın deputatı Givi Tarqamadzenin Tbilisidə avtomobilinin partladılması nəticəsində xəsarət alanlardan üzr istəyib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, prezident, həmçinin seçkilər ərəfəsində cinayətlərin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarını ayıq-sayıq olmağa çağırıb. 

Qeyd edək ki, ötən gün Gürcüstanın paytaxtı Tiflisdə sabiq prezident Mixail Saakaşvilinin partiyasının - "Vahid milli hərəkat"ın liderlərindən biri olan Givi Tarqamadzenin avtomobili partladılıb.

Hadisə nəticəsində sürücü və yoldan keçən iki nəfər zərər çəkiblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az


Teqlər:  Gürcüstan prezidenti müxalif deputatdan üzr istədi



RƏYLƏR


Top xəbərlər